SUAL-CAVAB
Sual əlavə et

Bütün lazımi sənədləri təqdim edərək müvəqqəti olma icazəsi alan əcnəbi pasportunu itirərsə nə etməlidir? Yaqub Əliyev 25.06.2014 12:36
01.07.2014 04:33

Nəzərinizə çatdırılır ki, müvafiq sənədlərin alınması ilə bağlı vətəndaşı olduğunuz ölkənin Azərbaycan Respublikası ərazisində yerləşən diplomatik nümayəndəliyi və ya konsulluğuna müraciət edə bilərsiniz.

Bu məlumat Sizə kömək etdi? Bəli Xeyir
Selam ben türk vatandaşıyım benim pasportun müddeti 5 aya bitir 3 aylıq oturma izni ala bilirmiyim önceden teşekkürler 23.07.2014 06:59
23.07.2014 07:20

Salam. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır. Bu səbəbdən də, siz 3 ay və ya daha artıq müddətə müvəqqəti yaşama icazəsi almaq üçün yeni pasport aldıqdan sonra Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.

Bu məlumat Sizə kömək etdi? Bəli Xeyir
Salam, mənim qardaşım Rusiya vətəndaşıdır. Milliyətcə azərbaycanlıdır. Özüm Azərbaycan vətəndaşıyam. Naxçıvan şəhərində yaşayıram. Qardaşım kompüter mütəxəssisidir və gəlib burada işləmək istəyir. Bilmək istərdim ki, bunun üçün sizdən hansı formada icazə almalıdır? Samir 25.07.2014 04:19
25.07.2014 12:52

Salam, Miqrasiya Məcələsinin 61.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və şəxslərin filalı və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Sağ olun.

Bu məlumat Sizə kömək etdi? Bəli Xeyir
Salam, sizi Naxçıvan şəhərindən narahat edirəm.Dayım Ukrayna vətəndaşıdır. 2 aydan çoxdur ki, ailəsi ilə birlikdə bizdə qalır.Bildiyimizə görə maksimum 90 gün qalmaq olar. Bu müddəti artırmaq üçün necə müraciət edə bilərik? Sağ olun! Həsən Məmmədov 20.08.2014 07:54
20.08.2014 10:28

Salam, Miqrasiya Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Miqrasiya Məcəlləsinin 40-cı maddəsində müəyyən olunmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən uzadıla bilər. Nəzərdə tutulan hallardan heç biri mövcud deyilsə, şəxs müddət bitdikdən sonra ölkəni tərk etməlidir. Əks halda inzibati məsuliyyətə cəlb oluna bilər. Sağ olun.

Bu məlumat Sizə kömək etdi? Bəli Xeyir
Joomla 1.5