"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
30.01.2020. Maarifləndirmə tədbiri
30.01.2020. Maarifləndirmə tədbiri

Maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirə giriş sözü ilə başlayan Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məslisi Sədrinin rəhbərliyi, böyük əzmkarlığı və ali diqqəti sayəsində muxtar respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər-iqtisadi inkişaf, yeni iş yerlərinin, sosial-obyektlərin açılışı, təhsilin inkişafı sahəsində görülən mühüm işlər, turizmin kompleks şəkildə və davamlı inkişafı və ən önəmlisi təhlükəsizliyin mütləq surətdə qorunması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müxtəlif məqsədlərlə muxtar respublikaya gəlmələrinə geniş imkanlar yaradıb. Onların ölkəyə gəldiyi zaman muxtar respublika ərazisində üz tutduğu yerlər daha çox mehmanxanalar və digər yaşayış obyektləridir. Bu baxımdan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və xidmət göstərən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında yaxından iştirak etmələri görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Vurğulanıb ki, onların burada təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu kimi, hüquq və azadlıqları, vəzifələri, eyni zamanda miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da bir o qədər diqqətdə saxlanılan prioritet məsələdir. Bu səbəbdən də muxtar respublikada miqrasiya sahəsində həyata keçirilən tədbirlərin müntəzəm olaraq diqqətdə saxlanılması əhəmiyyətlidir.

Sonra Xidmətin əməkdaşı Qiyas Paşayev diqqətə çatdırıb ki, bu gün Dövlət Miqrasiya Xidmətində müasir standartlara cavab verən texniki avadanlıqların quraşdırılması və eleкtron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi serverlər sisteminə qoşularaq Naxçıvan Muxtar Respublikası «Еleкtron hökumət portalı»na inteqrasiya olunması əhaliyə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər daha da yaxşılaşdırılıb, Dövlət Miqrasiya Xidməti üçün nəzərdə tutulmuş bütün xidmət növü üzrə sahələr  avtomatlaşdırılıb.

Qiyas Paşayev əcnəbilərin olduğu yer üzrə qeydiyyatı və inzibati məsuliyyəti ilə bağlı elektron müraciət qaydalarının əhəmiyyətindən danışaraq məlumatları slayd vasitəsilə əyani şəkildə nümayiş etdirib.

Daha sonra tədbir iştirakçılarından Gülsüm Kərimova və Akif Mahmudov keçirilən bu cür maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayaraq Dövlət Miqrasiya Xidmətinə minnətdarlığını bildirib.

Qarşılıqlı diskusiya şəklində davam edən müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar da əməkdaşlar tərəfindən cavablandırılıb.

Sonda Xidmət tərəfindən hazırlanan maarifləndirmə bukletləri tədbir iştirakçılarına təqdim olunub.