"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
29.10.2019. Andiçmə mərasimi olub
29.10.2019. Andiçmə mərasimi olub

Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin andiçmə mərasimi olub

27 sentyabr 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin  Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmə haqqında imzaladığı Sərəncamın icrası olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də təntənəli andiçmə mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev həyatlarında ən unudulmaz günlərdən birini yaşayan tədbir iştirakçılarını Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaqları münasibəti ilə təbrik edib. Xidmət rəisi Azərbaycan Respublikasının Konstitusiyasında geniş sürətdə öz əksini tapan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır. Diqqətə çatdırılıb ki, aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib, digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edir. Azərbaycan Respublikasında vətəndaşlıq alan şəxslərin hər biri ölkəmizlə sıx bağlı olan, bu torpağı sevən insanlardır.

Sonra vətəndaşlığa qəbul olunan və bərpa edilmiş şəxslər təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.

Sonda xatirə şəkili çəkdirilib.