"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
29.02.2020. Nəbatat bağı
29.02.2020. Nəbatat bağı

Dövlət Miqrasiya Xidmətinin kollektivi Nəbatat bağında olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir.

Fevralın 29-da Dövlət Miqrasiya Xidmətinin kollektivi Nəbatat bağında olublar.

Xidmət əməkdaşlarına məlumat verilib ki, Nəbatat bağı 2003-cü ildə yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərişi ilə bağ muxtar respublikanın ziyarət olunan muzeyləri siyahısına daxil edilib. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq edilir.

Bildirilib ki, Nəbatat bağının yaradılmasında əsas məqsəd insanların dünya ölkələrinin zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına daxil edilmiş bəzi bitki növləri də mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genofondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Muxtar respublikanın zəngin flora nümunələri ilə tanışlıq Xidmət əməkdaşlarının xoş təəssüratları ilə yadda qalıb.