"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
28.12.2018. Tələbələrin istehsalat təcrübəsi
28.12.2018. Tələbələrin istehsalat təcrübəsi

2018-ci ilin noyabr-dekabr ayları ərzində Dövlət Miqrasiya Xidmətində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakultəsinin “Beynəlxalq münasibətlər” ixtisası, İqtisad fakultəsinin “Dünya iqtisadiyyatı” ixtisası və Naxçıvan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə IV kurs tələbələri üçün istehsalat təcrübəsi keçirilib. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetindən ümumilikdə 55 tələbə bu təcrübədə iştirak edib.   

Təcrübə müddətində tələbələr miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat əldə edib, miqrasiya qanunvericiliyinin tətbiqi, sənədləşmə proseduralarının aparılması qaydaları, həmçinin, Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində işin gedişatı ilə yaxından tanış olublar.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev tələbələri təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Tədbirdə Xidmət rəisi tərəfindən təcrübədə iştirak edən tələbələrin hər birinə şəhadətnamələr təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə IV kurs tələbəsi Qasımlı Pərvin Zeynal oğlu Xidmətdə yüksək səviyyədə keçirilən istehsalat təcrübəsinə görə rəhbərliyə və təcrübə keçən xidmət əməkdaşlarına tələbələr adından minnətdarlığını bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.