"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
28.12.2018. Dünya Azərbaycanlılarının Həmrəyliyi G
28.12.2018. Dünya Azərbaycanlılarının Həmrəyliyi G

Dekabrın 28-də Dövlət Miqrasiya Xidmətində Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycançılıq anlayışının milli ideologiyaya çevrilməsi, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi Ulu Öndərin misilsiz xidmətlərinin nəticəsidir.

 Bildirilib ki, 1991-ci il dekabrın 16-da Ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.

Vurğulanıb ki, Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürüdüb. Ümummilli liderin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə diaspor quruculuğu sahəsində atılmış ilk qətiyyətli addım olub.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub. 

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş həvəsləndirmə tədbirləri ilə mükafatlandırılıb.