"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
24.12.2019. Babək rayonunda müşavirə keçirilmişdir
24.12.2019. Babək rayonunda müşavirə keçirilmişdir

Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir

Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılmışdır. Babək rayonunda yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunması da imkan verəcəkdir ki, əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstərilsin. Babək rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzərlərinə düşən vəzifələrin icrasını diqqətdə saxlamalı, maarifləndirmə işlərinə üstünlük verilməli, yerlərdə icbari tibbi sığortanın əhəmiyyəti əhaliyə ətraflı izah olunmalıdır.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər barədə məlumat vermişlər.
Ali Məclisin Sədri 2020-ci il yanvarın 1-dən etibarən Naxçıvan şəhərində və Culfa rayonunda da icbari tibbi sığortanın tətbiqi barədə aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov və rayon mərkəzi xəstəxanasının baş həkimi Asiman Yusifov yaradılan şəraitə görə rayon əhalisi və tibb işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.