"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
24.09.2019. Ali Məclisdə görüş
24.09.2019. Ali Məclisdə görüş

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşmüşdür.

Ali Məclisin Sədri səfiri salamlamış, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ikitərəfli əlaqələrdəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.

Zurab Pataradze göstərilən diqqətə görə minnətdarlıq etmiş, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından danışmışdır. İkitərəfli münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını ifadə edən qonaq Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiklərini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, xatirə şəkli çəkdirilmişdir.