"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
23.12.2019. Ali Məclisin Sədri səs verdi
23.12.2019. Ali Məclisin Sədri səs verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verdi.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. 1490 seçicinin qeydə alındığı məntəqədə fərdi qaydada və siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 29 namizəddən 17-si bələdiyyələrə seçiləcəkdir.