"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
19.07.2019. Maarifləndirmə tədbiri
19.07.2019. Maarifləndirmə tədbiri

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikası ərazisində müvəqqəti olması” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən mehmanxana və digər turizm obyektlərinin nümayəndələri ilə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov bildirib ki, son dövrlərdə əcnəbilərin muxtar respublikaya axını ilə bağlı xüsusi canlanma müşahidə olunur. Xüsusi ilə də yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artdığı üçün Dövlət Miqrasiya Xidmətinin üzərinə də daha çox iş düşür. Naxçıvan Muxtar Respublikasına təşrif buyuran əcnəbilərin rahatlığını, təhlükəsizliyini daim diqqətdə saxlayan Dövlət Miqrasiya Xidməti onların maariflənməsinə, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına da ciddi tələbkarlıqla yanaşır.

Sonra Xidmətin əməkdaşı Elnur Zellabdinov mövzu ilə əlaqədar çıxış edərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının vacibliyindən danışıb, prosedur qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, əcnəbilər ölkəyə gəldiyi zaman muxtar respublika ərazisində üz tutduğu yerlərdən biri də mehmanxanalardır. Bu baxımdan mehmanxanaların əcnəbiləri qəbul edən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında yaxından iştirak etmələri görüş iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilib ki, Azərbaycan Respublikasına gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması ölkədə, eyni zamanda muxtar respublika ərazisində ictimai asayişin, təhlükəsizliyin, əhalinin sağlamlığının qorunmasına xidmət edir. Təqdim edilən slaydlarla tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Xidmət əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olma və yaşama müddətində hüquq və azadlıqları, vəzifələri, eyni zamanda olma və yaşama yaşama qaydalarının pozulmasına görə inzibati məsuliyyətləri barədə məlumat verib.

Xidmət əməkdaşı Qiyas Paşayev bildirib ki, Dövlət Miqrasiya Xidməti muxtar respublika ərazisində turizmin inkişafına öz töhfəsini verməyə çalışır. Bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Onların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Sonra əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı elektron müraciət qaydalarının əhəmiyyətindən danışaraq slayd vasitəsilə əyani şəkildə nümayiş etdirib.

Daha sonra muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxana nümayəndələrindən Vüqar Qafarov keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaq Dövlət Miqrasiya Xidmətinə minnətdarlığını bildirib.

Qarşılıqlı diskusiya şəklində mövzu ətrafında müzakirələr aparılaraq tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən cavablandırılıb.

Sonda mehmanxana və digər turizm obyektlərinin nümayəndələrinə hüquqi maarifləndirmə məqsədilə Dövlət Miqrasiya Xidmətinin hazırladığı bukletlər təqdim olunub.