"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
17.06.2022. Maarifləndirmə tədbiri
17.06.2022. Maarifləndirmə tədbiri

Əcnəbilərin maarifləndirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilmə məqsədi və əhəmiyyəti baradə ətraflı məlumat verən Xidmətin baş inspektoru Elnur Zellabdinov bildirib ki, əcnəbilərin muxtar respublikada hüquqi hərəkətlərini daha rahat və sərbəst bir formada həyata keçirə bilmələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları Dövlət Miqrasiya Xidmətinin prioritet fəaliyyət istiqamətlərindəndir.

 “Bu gün diyarımıza səfər edən əcnəbilərin sırasında daha uzun müddətli niyyətlərlə yaşamaq arzusunda olanlar da vardır”,- deyən Elnur Zellabdinov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər müxtəlif hallar nəzərdə tutulub. Bu da onların ölkəmizdə müvəqqəti yaşama hüququnu daha rahat və asan formada əldə etmələri baxımından mühüm əhəmiyyətə malikdir.

Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunan Elnur Zellabdinov slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin vurğulanıb ki, muxtar respublikada əcnəbilərin hüquq və azadlıqlarına, onların qanuni mənafelərinin etibarlı təminatına xüsusi diqqətlə və həssaslıqla yanaşma miqrasiya sahəsində aparılan dövlət siyasətinin əsas tərkib hissəsidir. Beynəlxalq təcrübələrdən də göründüyü kimi, öz hüquq və vəzifələrini, eyni zamanda miqrasiya qanunvericiliyini bilməyən əcnəbilər, təbii ki, məsuliyyətə cəlb oluna, qanunsuz miqranta çevrilə bilərlər. Bu baxımdan Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mütəmadi olaraq səmərəli və effektiv mübarizə tədbirləri həyata keçirilir, bu sahədə yarana biləcək problemlərin vaxtında aşkarlanması və qarşının alınması istiqamətində operativ addımlar atılır.

Slaydlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim edilib.

Sonra Xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.

Diskusiya şəklində davam edən müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavalandırılıb.

Bu gün əcnəbilərin muxtar respublikamızda olarkən qanunlarımıza əməl etmələrilə yanaşı, Azərbaycan Respublikasının tarixini və mədəniyyətini də öyrənmələri Dövlət Miqrasiya Xidməti tərəfindən xüsusi diqqətdə saxlanılır. Bu baxımdan əcnəbilərin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası da təşkil olunub.

Bildirilib ki, vaxtilə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlamış muzeyin fondunda hazırda 49 mindən çox eksponat vardır ki, onların da 35 mindən çoxu muzeyin əsas fonduna, digərləri isə elmi köməkçi fonda daxildir. Muzeydə sivilizasiya təsnifatına və eksponat çeşidinə müvafiq olaraq 10 bölmə fəaliyyət göstərir. Muzey bu gün həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərir. Mütəmadi olaraq dövrün tələbləri nəzərə alınaraq ekspozisiyada əlavə tərtibat işləri aparılır, sərgilər yeni materiallarla zənginləşdirilir. Əcnəbilərə Naxçıvanın qədim və zəngin tarixi, eyni zamanda müxtəlif dövlərdə aşkar olunan kurqanlar, daş qutu və küp qəbirlər, dulusçuluq nümunələri barədə də ətraflı məlumat verilib.

Qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən zəngin eksponatlarla tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb, müxtəlif foto və videolar çəkdirilib.