"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
10.02.2020. Ali Məclisin Sədri səs verib
10.02.2020. Ali Məclisin Sədri səs verib

2020-ci il fevralın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günüdür. 

Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 namizəd qeydə alınıb.   

Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər  Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib. 

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb. 

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində 1481 seçici qeydiyyatdadır. Saat 11:00-a məntəqədə seçicilərin 33 faizi səs verib.