"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
05.10.2019. Sərgi-satışa baxış
05.10.2019. Sərgi-satışa baxış

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının

sərgi-satışa baxışı olub

Bu gün qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma sənəti üzrə peşə kursları təşkil olunur. Bunun da nəticəsində muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən sağlamlıq imkanları məhdud şəxslərin, həmçinin qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışının keçirilməsi artıq ənənə halını alıb.

Heydər Əliyev Sarayında sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının sərgiyə baxışı olub.

Kollektivə məlumat verilib ki, sərgi-satışa ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, eləcə də  Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev və Xidmətin  kollektivi hədiyyəlik əl işləri də alıblar.

Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış Xidmət əməkdaşlarında xoş təəssüratlar yaradıb.