25.08.2018. “Muzey günləri” çərçivəsində Cəmşid Naxçıvanskinin ev muzeyinə baxış keçirilib

ÇapE-poçt

Avqust ayının 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Cəmşid Naxçıvanskinin ev muzeyində olub.

Muzeylə tanışlıq zamanı qeyd olunub ki, ev muzeyi Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar 1981-ci ildə onun yaşadığı evdə yaradılıb.

Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, o cümlədən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar haqqında məlumat verilib. Bildirilib ki, muzeydəki eksponatlar arasında Cəmşid Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə, eləcə də 1918-20-ci illərdə milli orduda hərbi xidmətinə dair sənədlər, 1921-31-ci illərdə Azərbaycanın ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotolar, həmçinin 1931-33-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər xüsusi yer tutur.

Muzeyin digər zalları isə memorial otaqlar kimi nümayiş etdirilir. Bu otaqlarda Kəngərlilər nəslinə aid ev və məişət əşyaları qorunub saxlanılır.

Joomla 1.5