28.07.2018. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

ÇapE-poçt

İyulun 28-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub.

Qeyd olunub ki, milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən Naxçıvan Biznes Mərkəzi müxtəlif istehsal və xidmət sahələri üzrə biznesə yeni başlayan sahibkarlara hərtərəfli köməklik göstərilməsi, cari məsələlərin həlli üçün vacib tədbirlərin keçirilməsi və muxtar respublikada istehsal olunan yerli məhsulların sərgilənməsi üçün nəzərdə tutulmuş müəssisədir. Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yaradılan Naxçıvan Biznes Mərkəzi  hələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayıb və 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. 2013-cü ildən isə mərkəz yeni inşa edilmiş binada fəaliyyət göstərir. Ümumi sahəsi 2000 m2 olan Biznes mərkəzində müasir tələblərə uyğun bütün şərait yaradılıb.

Bildirilib ki, Naxçıvan Biznes Mərkəzində hazırda 94 istehsal müəssisəsinin 192 növdə müxtəlif məhsulları nümayiş olunur. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Əlavə olaraq, Mərkəzdə milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də sərgilənir.

Joomla 1.5