14.06.2018. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

ÇapE-poçt

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, bu mühüm tarixin Azərbaycan xalqının həyatına yaddaqalan və əlamətdar hadisə kimi daxil olduğunu qeyd edib.

Xidmət rəisi bildirib ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan dahi şəxsiyyət – Heydər Əliyevdir.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olub, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsası qoyulub.

Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərimiz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış edib və hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edərək əlindən gələni əsirgəməyib.

Xidmət rəisi dahi şəxsiyyət Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin ulu öndərin siyasi xəttini uğurla davam etdirdiyini və Azərbaycanın Heydər Əliyev ideyaları ilə inkişaf edərək tərəqqi yoluna çıxdığını, dünyanın nüfuzlu dövlətləri sırasında öz layiqli yerini tutduğunu vurğulamışdır.

Sonda tədbir iştirakçıları 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşdan İntibaha” adlı filmə baxıblar.

Joomla 1.5