02.04.2018. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul edilmiş Qalina Mamedovanın andiçmә mәrasimi keçirilib

ÇapE-poçt

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 mart tarixli Sərəncamı iləvətəndaşlığa qəbul edilən Qalina Mamedovanınandiçməsinə həsr olunmuş tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmçinin dövlət başçısının 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə Dövlət Miqrasiya Xidmətinin vəzifəsi kimi müəyyən olunub.

Xidmət rəisi son illər Azərbaycanda və muxtar respublikamızda həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan, beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin edildiyi, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən danışıb. Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə respublikamızın vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artdığı qeyd olunub.

Sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunan Qalina Mamedova Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə and içib. Vətəndaşlığa qəbul olunan Qalina Mamedovaya bununla bağlı arayış təqdim olunub.

Qalina Mamedova Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacağını və bu böyük etimada görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirib.

Andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Joomla 1.5