24.02.2018. “Muzey günləri” çərçivəsində ziyarətlər davam etdirilir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olub.

Məlumat verilib ki, milli xalçaçılıq nümunələrimizin saxlanc yeri olan, Naxçıvan Xalçaçılıq məktəbinin dəyərli nümunələrinin qorunduğu muzeyin ekspozisiyasında müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir.

Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta həvələr, kirgitlər, dəmir həvələr, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir. Hazırda muzeydə müxtəlif dövrlərə aid 3 mindən çox maddi mədəniyyət nümunəsi var.

Naxçıvanda xalçaçılıq sənətinin qədimliyini, tarixiliyini sübut edən və muzeyin əsas ekspozisiyasına daxil edilən 308 növ müxtəlif xalça nümunələri haqqında əməkdaşlara ətraflı məlumat verilib.

Xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri mis və saxsı qablar maraqla izlənib.

Qeyd olunub ki, muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı bu günədək görülən bütün işlər, xüsusilə də ölkə başçısının 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infra­strukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı xalçaçılığın bu qədim Nuh yurdunda yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmanət verir.

Joomla 1.5