28.09.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Əlincəqala” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

ÇapE-poçt

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Əlincəqala” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

“Əlincəqala” mövzusunda maarifləndirici tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Elvin Cavadov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxışında Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində eyni adlı dağın zirvəsində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri olduğunu bildirmişdir. Qeyd edilib ki, Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. Bildirilib ki, Hülakülər və Teymurilərin dövründə Əlincəqala ciddi hücumlara və dağıntılara məruz qalmış, Əmir Teymura qarşı qala müdafiəçilərinin 14 illik müqaviməti qalanın adını tarixə qızıl hərflərlə həkk etdirmişdir.

Əli Rzayev çıxışında bildirmişdir ki, Naxçıvan ərazisində Əlincəqalanın tarixdə növbəti dəfə və ən fundamental miqyaslı bərpası isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adı ilə tarixə düşmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır. “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamdan sonra Əlincəqala tarixi memarlıq üslubu ənənələri saxlanılmaqla bərpa edilmiş, burada “Əlincəqala” Muzeyi yaradılmışdır.

Tədbirdə “Əlincəqala” ilə bağlı videoslayd nümayiş etdirilib.

Sonra tədbir iştirakçılarının “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil edilib.

Joomla 1.5