26.08.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Mömünə Xatun və Açıq Səma Altında muzey komleksində olmuşlar

ÇapE-poçt

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Mömünə Xatun və Açıq Səma Altında muzey komleksində olmuşlar.

Məlumat verilmişdir ki, Açıq Səma Altında muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin  fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir.

Mömünə xatun türbə-muzeyində olan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivinə bildirilmişdir ki, Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə tikildiyi məlum olur. Əzəmətli bir tikinti olan Möminə xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Türbənin nəfis divar naxışları Möminə Xatun türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən ongüşəli, daxildən isə dairəvidir. Kərpicdən tikilmiş Möminə xatun türbəsinin quruluşu Yusif Küseyir oğlu türbəsinə oxşardır. Yəni burada da türbənin bucaqları çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziyyət almışdır.

“Xan sarayı” Dövlət Tarix-Memarlıq kompleksində olan kollektivə məlumat verilmişdir ki, Xan sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərib. 2010-cu ildə isə burada "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Dekabrın 17-də muzeyin açılışı olub. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.

Qeyd edilmişdir ki, Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılıb.  "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin arxiv sənədləri ilə zənginləşdirilməsi davam edir.

Joomla 1.5