21.06.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

ÇapE-poçt

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə  “Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Samir Abbasov açaraq, son illərdə muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən danışıb, dini turizmin inkişafı üçün qədim diyarımızda böyük imkanlar olduğunu qeyd edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov çıxış edərək Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı var və bu baxımdan dini turizm də özünəməxsus yerə malikdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması burada milli və mənəvi dəyərlərə verilən önəmin ifadəsidir. Son illər Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında mühüm bir vasitə rolunu oynayır. Nazirliyin əməkdaşı bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında 140-a yaxın ziyarətgah mövcuddur. Muxtar respublika ərazisində mövcud olan dini ziyarətgahlardan biri də “Əshabi-Kəhf ziyarətgahı”dır.

Sonda Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı haqqında videoçarx nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksində olublar.

Joomla 1.5