31.05.2017 Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

ÇapE-poçt

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin  əməkdaşları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyinə baxıblar.

Tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, miqrasiya xidməti müşaviri  Şahin Nəbiyev açmış və 31 may 2010-cu il tarixdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq Fərmanı ilə muxtar respublikamızın milli təhlükəsizliyinin, iqtisadi  maraqlarının qorunmasını, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə  Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradıldığını bildirmişdir.

Xidmət rəisi demişdir ki, Naxçıvan Muxtar Respublikası regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti həyata keçirir. Naxçıvan Muxtar Respublikasının  Dövlət Miqrasiya Xidməti müstəqil orqan kimi 7 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə xidmət əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Xidmət rəisi deyib ki, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetirməyə çalışırlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov kollektivi təbrik edərək deyib ki, Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda çiçəklənən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri edib. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007- 2017)” yubiley medalını təqdim ediblər.

Səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr, bir qrup əməkdaşa isə xüsusi rütbələr verilib.

Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edən  “Miqrasiya Siyasəti: İdarəetmə və inkişaf” filminə baxmışlar.

Joomla 1.5