27.05.2017 Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Ədəbiyyat Muzeyində olmuşlar.

ÇapE-poçt

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Ədəbiyyat Muzeyində olmuşlar.

Məlumat verilmişdir ki, muzey 1966-cı ildə yaradılmışdır.  Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda geniş surətdə qeyd olunduğu günlərdə - 1967-ci il iyun ayının 12-də Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan şəhərində Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışı olmuş və muzeyə böyük Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Muzeyin 19 mindən artıq eksponatı var. Muzeyin fondunda çoxəsrlik Azərbaycan Ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.

Joomla 1.5