25.05.2017 Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin banisi” mövzusunda maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

Mayın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində  Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin banisi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Elnur Zellabdinov tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxışında bildirmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, bir sıra sahələr kimi, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində də böyük inkişaf, tərəqqi baş verib. Heydər Əliyev irsini araşdıran tədqiqatçıların fikrincə, bu böyük şəxsiyyəti səciyyələndirən xüsusiyyətlərdən biri də onun elmə, ədəbiyyata, incəsənətə və mədəniyyətə daim diqqət göstərməsidir.

Qeyd edilib ki, H.Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət xadimlərinə münasibəti diqqətəlayiqdir. Məlumdur ki, yazıçı və şairlərin mədəni irsinə qayğı, onların kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi olduqca təqdirəlayiq işdir və bütün bunlar dövlət səviyyəsində aparılır.

Sonda tədbir iştirakçıları “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin banisi” filminə baxmışlar.

Sonra tədbir iştirakçılarının Heydər Əliyev muzeyinə ekskursiyası təşkil edilib.

Joomla 1.5