26.04.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Elvin Cavadov belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev böyük şairimiz Hüseyn Cavidin həyat və yaradıcılığı haqda iştirakçılara məlumat verib. Bildirilib ki, qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olub.

Qeyd edilib ki, ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərləri nəşr olunmağa başlanıb, rus dilində ikicildliyi işıq üzü görüb. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunub, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulub, adına küçələr, məktəblər, kitabxanalar verilib.

Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbər¬liyi ilə 1996-cı ildə Naxçıvanda böyük sənətkarın məqbərəsi ucaldılıb. Son illər Hüseyn Cavid haqqında çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların yazılması böyük sənətkarın yaradıcılığına qayğının göstəricisidir. Müstəqillik illərində Hüseyn Cavid irsinə maraq daha da artıb. Son illər böyük sənətkarın əsərləri 12-dən çox dilə tərcümə olunaraq çap edilib.

Sonra tədbir iştirakçılarının Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinə ziyarəti təşkil edilib.

Joomla 1.5