30.03.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici görüş keçirilib.

30.03.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici görüş keçirilib.

ÇapE-poçt

Martın 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkill olunan görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının memarlıq abidələri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvanın ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir.

Qeyd edilib ki, muxtar respublika ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit mağaralarında, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr Daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır.

Diqqətə çatdırılıb ki, Naxçıvanın ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü rəsmləridir. Eradan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadır. Qayaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini və estetik-fəlsəfi baxışlarını əks etdirən qiymətli təsvirlər qalereyasıdır.

Sonra tədbir iştirakçılarının Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilib.

Joomla 1.5