25.02.2017. Muzeylər tariximizin qorunduğu məkandır.

ÇapE-poçt

Fevralın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xid-mətinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.

Məlumat verilmişdir ki, muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmış, sonrakı illərdə Tarix-Ölkəşünaslıq Muzeyi adlan-dırılmış, 1968- ci ildən isə Naxçıvan Dövlət Tarix Muzeyi adını al-mışdır.

Muzeydə Naxçıvanın zəngin, qədim tarixi  ilə bağlı 48 mindən çox eksponat  qorunub saxlanılır.

Vurğulanmışdır ki, ekspozisiya, əsasən, 4–qədim, orta əsrlər, müasir dövr və yeni dövrü  əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri,  Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Nax-çıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik,  misgərlik, dulusçu-luq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.

Joomla 1.5