23.02.2017. Dövlət Miqrasiya Xidməti növbəti maarifləndirici tədbir keçirib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və və-təndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan xanlığı” mövzusunda maa-rifləndirici tədbir keçirilib.

Tədbirdə Xidmət əməkdaşlarından Elvin Cavadov və Naxçıvan Muxtar Res-publikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimov məlumat vermişlər ki, Naxçıvan xanlığı   1747-1828-ci illərdə  Azərbaycan ərazisində mövcud olmuş feodal dövlət, 18-ci əsrin ortalarında  Azərbaycanın şimalında yaranmış xanlıqlardan biridir.

Qeyd olunub ki, Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi və İrəvan, Qarabağ və Maku xanlıqları ilə həm-sərhəd idi.

Sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Kompleksini ziyarət ediblər. Burada onlar muzeyin ekspozisiyası ilə tanış olub, eksponatlar haqda ətraflı məlumat alıblar.

Joomla 1.5