25.01.2017. Dövlət Miqrasiya Xidməti növbəti maarifləndirici tədbir keçirib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Milli qəhrəmanlarımız və şəhidlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xidmət əməkdaşlarından Samir Abbasov və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəsi, bu yolda canlarından keçən şəhidlərimiz və milli qəhrəmanlarımız haqqında iştirakçılara ətraflı məlumat vermişlər.

Qeyd olunub ki, Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Bildirilib ki, 20 Yanvar, Xocalı faciələri, Qarabağda baş verən hadisələr bu xalqın azadlıq, müstəqillik arzusunu boğa bilmədi, əksinə, xalq ayağa qalxdı, öz haqqını tələb etdi. Bu haqqın alınmasında igidlərimizin böyük rolu oldu. Onlar canlarından keçərək haqq savaşından qalib ayrıldılar. Ona görə də xalqımız qəhrəmanlarını, şəhidləri unutmur, onların adını daim uca tutur.

Sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər. Burada onlar muzeyin ekspozisiyası ilə tanış olub, eksponatlar haqda ətraflı məlumat alıblar.

Joomla 1.5