21.12.2016. Dövlət Miqrasiya Xidməti növbəti maarifləndirici tədbir keçirib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvanın müalicə turizmi potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xidmət əməkdaşlarından Rufanə Qarayeva və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov müalicə turizmi haqqında iştirakçılara ətraflı məlumatlar vermişlər.

Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicəvi turizm potensialına malikdir. Qədim diyarımızda yüzlərlə mineral su mənbələrinin, Duzdağın mövcudluğu bu potensialın əhəmiyyətini daha da artırır. Qeyd olunub ki, Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılıb. Mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.

Sonra tədbir iştirakçıları üçün Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiya təşkil edilib.

Joomla 1.5