08.11.2016. Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir.

ÇapE-poçt

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir. Ali Məclisin Sədri kollektivə gələcək işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, bina zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarətdir. Miqrantların məcburi və könüllü yerləşdirilmələri üçün Mərkəzdə lazımi şərait yaradılmışdır. Binada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, qarantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilmişdir.

Mərkəzdə miqrantların istifadəsi üçün Azərbaycan Respublikasının qanunları, miqrantların idarə olunması ilə bağlı qaydalar, tariximiz, mədəniyyətimiz və milli dəyərlərimizi əks etdirən kitablar, eləcə də miqrantların hüquq və vəzifələri haqqında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş broşurlar yerləşdirilmişdir.

Binanın həyətində də abadlıq işləri aparılmış, idman meydançası yaradılmış, yaşıllıqlar salınmışdır.

Joomla 1.5