29.10.2016. “Muzey günləri” çərçivəsində Heydər Əliyev Muzeyinə baxış keçirilmişdir.

ÇapE-poçt

Oktyabrın 29-da “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olmuşdur.

Məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış və 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Turkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada ulu öndər Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır. Hazırda muzeydə 4500-dən çox eksponat vardır.

Muzeyin  kitabxanasında  ümummilli  lider  Heydər  Əliyevin  həyat  və fəaliyyətini  əks  etdirən  qəzet,  jurnal,  albom  və  kitablar,  videomateriallar toplanmışdır.

Joomla 1.5