26.10.2016. Növbəti tədbir “Gülüstan türbəsi” nə həsr edilib.

ÇapE-poçt

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Gülüstan türbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və  Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Gülüstan türbəsi haqqında iştirakçılara ətraflı məlumatlar vermişdir.

Sonra tədbir iştirakçıları üçün Gülüstan türbəsinə ekskursiya təşkil edilib. Adını yerləşdiyi kənddən götürən qədim tarixi abidə ilə tanışlıq zamanı məlumat verilmişdir ki, bu yaxınlarda  bərpa  olunmuş  Gülüstan  türbəsi  dünyanın ən  əhəmiyyətli  daşınmaz  mədəniyyət  abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə digər türbə tipli memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan tikililəri içərisində özünəməxsus yer tutur.

Gülüstan  türbəsi  ətrafındakı  abidələrdən  əldə  olunmuş arxeoloji materiallar,  xüsusən  də  keramika  nümunələri,  tikili qalıqları istər yaşayış yerinin  tarixinin  müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların  daha  dərindən  aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu da yaradılıb.

Joomla 1.5