18.10.2016. "18 Oktyabr-Dövlət Müstəqilliyi Günü" münasibəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib.

ÇapE-poçt

Tәdbirdә Dövlət Miqrasiya Xidmətinin rəisi, miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin bәrpasının 25-­ci ildönümü ilә bağlı mәruzә ilә çıxış edib.

Qeyd edilmişdir ki,  müstəqil Azərbaycan 25 il müddətində böyük inkişaf yolu keçmiş və bu 25 illik müstəqillik tarixi xalqımızın tərəqqisi, inkişafı, yüksəlişi dövrü kimi yaddaşlarda qalmışdır.

Bildirilib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın bütün arzularının reallığa çevrilməsinə imkan yaratdı. Bu gün Cənab Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini layiqincə davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, dünyada nüfuzu artırılıb, xalqımızın rifah halı daha da yaxşılaşdırılıb, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə mühüm nailiyyətlər əldə edilib.

Sonda ‘‘18 oktyabr - Dövlət Müstəqilliyi günü’’ münasibəti ilə bağlı video-lentə baxılmışdır.

Joomla 1.5