15.10.2016. Fəth olunmayan qala: Əlincəqala bərpadan sonra.

ÇapE-poçt

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini ziyarət etmişlər.

Məlumat verilmişdir ki, Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır.  “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. 2016-cı ilin iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilmişdir.

Muzeyə baxış zamanı bildirildi ki, muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları, saxsı və mis qablar, və s. nümayiş etdirilir. Həmçinin, muzeydə gümüş kəmər nümunələri, müxtəlif corab, araqçın və toxuculuq nümunələri, alət və ləvazimatları, digər dəyərli maddi-mədəniyyət nümunələri də nümayiş olunur.

Joomla 1.5