01.10.2016. Dövlət Miqrasiya Xidmətinin kollektivi “Nəbatət bağı”nda olmuşdur.

ÇapE-poçt

Oktyabr ayının 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun “Nəbatət bağı”nda olmuşdur.

Bağa baxış zamanı məlumat verilmişdir ki, burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan minlərlə ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. “Nəbatət bağı”nda respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genefondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.

Vurğulanmışdır ki, “Nəbatət bağı” bir mədəni-maarif ocağı, yaşıllıq  məbədi, muxtar respublikanın canlı yaşıl muzeyi olmaqla, qiymətli, nadir bitkilərin genefondunun qorunub saxlanması və mühafizəsində əvəzsiz rola malikdir.

Joomla 1.5