24.09.2016. Dövlət Miqrasiya Xidmətinin kollektivi “Muzey günləri ” ənənəsini davam etdirir.

24.09.2016. Dövlət Miqrasiya Xidmətinin kollektivi “Muzey günləri ” ənənəsini davam etdirir.

ÇapE-poçt

Sentyabrın 24-də Dövlət Miqrasiya Xidmətinin kollektivi “Muzey günləri ” ənənəsini davam etdirərək Cəlil Məmmədquluzadənin ev muzeyində olmuşlar.

Muzeylə tanışlıq zamanı məlumat verilmişdir ki, muzey ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradılmışdır. Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədləri, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.

Joomla 1.5