27.08.2016. “Muzey günləri” ənənəsi davam etdirilir.

ÇapE-poçt

Avqust ayının 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi dahi şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən ev muzeyində olmuşlar.

Məlumat verilmişdir ki, Muzey 1981 - ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evində təşkil olunmuşdur. Fondunda 8456 eksponat toplanmış muzeyin eksponatları sırasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926 – cı ildə nəşr edilmiş “İblis” və 1934 – cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri, xatirələri də nümayiş etdirilir. Burada Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri qoyulub.

Joomla 1.5