30.07.2016. Muzey günləri davam etdirilir.

ÇapE-poçt

İyul ayının 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyində olmuşlar.

Muzeyə baxış zamanı məlumat verilmişdir ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Muzeydə soyqırım faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və  onlara aid olan digər materiallardan ibarət 1849 eksponat mühafizə və nümayiş etdirilir.

Joomla 1.5