28.07.2016. 2016-cı ilin ilk 6 ayının yekunları müzakirə edilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Qeyd olunub ki, bu ilin ilk yarısında muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 158 əcnəbi aşkarlanıb. Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı ilə bağlı Xidmətə, ümumilikdə, 4 min 537 müraciət daxil olub. Sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən miqrasiya bölmələri tərəfindən 1253 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Hesabat dövründə Xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti yaşaması üçün icazənin verilməsi ilə bağlı, ümumilikdə, 232 müraciət edilib. Ölkəmizdə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı isə Xidmətə 5 müraciət daxil olub. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar xidmətə 325 müraciət edilib. Bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət büdcəsinə, ümumilikdə, 79 min 510 manat məbləğində pul vəsaiti köçürülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Müşavirəyə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi kiçik miqrasiya xidməti müşaviri Şahin Nəbiyev yekun vurub.

Joomla 1.5