27.07.2016. “Klassik Azərbaycan ədəbiyyatı” mövzusunda maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Klassik Azərbaycan ədəbiyyatı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq iştirakçılara Azərbaycan klassik ədəbiyyatı, eləcə də şifahi xalq ədəbiyyatı barədə məlumat verib.

Azərbaycan klassik ədəbiyyatı ilə bağlı slaydların da nümayiş etdirildiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı məruzə edib. Məruzəçi Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi olan “Avesta”, “Kitabi-Dədə Qorqud” dastanı və digər nümunələrdən söz açıb, klassik Azərbaycan ədəbiyyatının intibah tarixi və müxtəlif dövrləri, bu dövrlərin görkəmli nümayəndələri, onların həyatı və yaradıcılığı haqqında danışıb.

Sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olublar. Burada onlar muzeyin ekspozisiyası ilə tanış olaraq eksponatlar barədə ətraflı məlumat alıblar.

Joomla 1.5