22.06.2016. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

ÇapE-poçt

İyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ordubad rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin, polis sahə müvəkkillərinin və rayon sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Xidmətin rəis müavini Elnur Məmmədov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq görüşün əcnəbilər və  vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti barədə məlumatlandırma  xarakteri daşıdığını qeyd etmişdir.

Sonra  Xidmət əməkdaşlarından Ramin İbrahimovun, İlkin Rəhimovun və Elnur Zellabdinovun çıxışları olub. Çıxışlarda iştirakçılara əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların hüquqi vəziyyətinin əsasları, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaları  və müvəqqəti olmaları ilə bağlı qanunvericiliyin tələbləri, hüquqları, azadlıqları və vəzifələri haqda ətraflı məlumat verilib.

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar.

Joomla 1.5