29.06.2016. Naxçıvan Biznes Mərkəzində maarifləndirici tədbir keçirilib.

29.06.2016. Naxçıvan Biznes Mərkəzində maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə  maarifləndirici tədbir keçirilib.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov açıb. Bildirilib ki, muxtar respublika iqtisadiyyatının inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında əcnəbi işçi miqrantlarının sayının artmasına gətirib çıxarıb. Burada bir-birindən fərqli səbəblər olsa da, ümumilikdə, belə nəticəyə gəlmək olar ki, böyüyən və şaxələnən iqtisadiyyatın əmək ehtiyatlarına artan tələbatı mövcuddur və bu prosesin tənzimlənməsi və ya idarə olunması mexanizmi aktual məsələdir.

Elnur Məmmədov muxtar respublikada miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz əmək miqrasiyasının qarşısının alınması istiqamətində görülən işlərdən də danışıb, sahibkarların yerli mütəxəssislərə üstünlük verməsinin əhəmiyyətini vurğulayıb, yerli əmək ehtiyatları hesabına ödənilə bilməyən boş iş yerlərinin əcnəbi işçi qüvvəsi hesabına ödənilməsinin qaydaları barədə məlumat verib.

Tədbirdə Xidmət əməkdaşlarından Samir Sadiqovun  “Yerli əmək ehtiyatları hesabına ödənilə bilməyən boş iş yerlərinin əcnəbi işçi qüvvəsi hesabına ödənilməsinin qaydaları və şərtləri” mövzusundakı çıxışı maraqla qarşlanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5