17.06.2016. Bayraq suverenliyin rəmzidir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan Respublikasının Dövlət Bayrağı” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbiri Xidmətin əməkdaşı Nurlan Tağıyev açaraq tədbirin əhəmiyyətindən danışıb.

Görüşdə məruzəçi kimi dəvət olunan Dövlət Bayrağı Muzeyinin bələdçisi Sevinc Rəsulova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı-Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bildirilib ki, ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Dövlət başçısının sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi olub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanını və Muzeyini ziyarət ediblər.

Joomla 1.5