04.06.2016. Cəmşid Naxçıvanskinin ev muzeyinə baxış olub.

04.06.2016. Cəmşid Naxçıvanskinin ev muzeyinə baxış olub.

ÇapE-poçt

İyun ayının 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyində olmuşlar.

Muzeyə baxış zamanı bildirilmişdir ki, ev muzeyi Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar 1981-ci ildə onun yaşadığı evdə yaradılıb. Muzeyin ekspozisiya zalında generalın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət 6 minə yaxın eksponat qorunub saxlanılır. Bunların içərisində Cəmşid Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə, eləcə də 1918-20-ci illərdə milli orduda hərbi xidmətinə dair sənədlər, 1921-31-ci illərdə Azərbaycanın ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotolar, həmçinin 1931-33-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.

Muzeyin digər zalları isə memorial otaqlar kimi nümayiş etdirilir. Bu otaqlarda Kəngərlilər nəslinə aid ev və məişət əşyaları qorunub saxlanılır.

Joomla 1.5