18.05.2016. Günün tələbi-maarifləndirici tədbirlər.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Culfa rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin, polis sahə müvəkkillərinin və rayon sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Xidmətin rəis müavini Elnur Məmmədov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında yaradılan turizm infrastrukturu, bu qədim diyarın zəngin tarixi, mədəniyyət və təbiət abidələri, regionun sosial-iqtisadi inkişafı və digər amillər buraya gələn turistlərin sayının gündən-günə artmasına səbəb olub. Bunun üçün də əcnəbilərin müvafiq icazələr almasına ehtiyac yaranır ki, bu məsələlər də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Vurğulanmışdır ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Zakir Məmmədovun, Kənan Məmmədovun, Elnur Zellabdinovun çıxışları dinlənilib.

Joomla 1.5