10.05.2016. Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi qeyd edilmişdir.

ÇapE-poçt

May ayının 10-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxışlar zamanı Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun Vətən, xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilmişdir. Bildirilmişdir ki, Ulu öndər nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda-doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və əbədiliyi uğrunda bütün həyatını sərf etmişdir.

Vurğulanmışdır ki, tarixdəki liderlər mümkün olanı həyata keçirməyi bacaran şəxslərdir. Ümummilli lider Heydər Əliyev mümkün olmayanı uğurla reallaşdıran dahi liderdir. Məhz buna görə də Ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır.

Sonda Ümumilli lider Heydər Əliyevə həsr edilmiş  “Əbədiyyət” adlı film nümayiş olunmuşdur.

Joomla 1.5