30.04.2016. Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

30.04.2016. Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

ÇapE-poçt

Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.

Muzeyə baxış zamanı məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərancamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunmuş, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulmuşdur. Hazırda muzeyin fondunda 3716 maddi-mədəniyyət nümunəsi saxlanılır.  Ekspozisiyada müxtəlif dövrlərə aid 283 eksponat nümayiş etdirilir.

Muzeydə həmçinin digər tarixi eksponatlarla birgə Təbriz-Naxçıvan qrupuna aid 124 ədəd xalça mühafizə olunur. Muzeydəki eksponatlar  xalçaçılıq məntəqələri üzrə qruplaş­dırılmışdır.

Joomla 1.5