22.04.2016. Hüquqi maarifləndirmə günün tələbidir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin, polis sahə müvəkkillərinin, sahibkarlıq subyektlərinin nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Xidmətin rəis müavini Elnur Məmmədov açmışdır.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yaradılan turizm infrastrukturu, bu qədim diyarın zəngin tarixi, mədəniyyət və təbiət abidələri, regionun sosial-iqtisadi inkişafı və digər amillər buraya gələn turistlərin sayının gündən-günə artmasına səbəb olub. Bunun üçün də əcnəbilərin müvafiq icazələr almasına ehtiyac yaranır ki, bu məsələlər də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Vurğulanmışdır ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar.

Sonra Xidmət əməkdaşlarının “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzularında çıxışları olub.

Joomla 1.5