05.04.2016. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində turizm sahəsinin inkişaf etdirilməsində əsas subyekt rolunu oynayan mehmanxanalar üzrə nümayəndələrlə maarifləndirici tədbir keçirilmişdir.

ÇapE-poçt

2016-cı il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə müxtəlif dövlət orqanları qarşısında mühüm vəzifələr qoyulub. Müşavirədə qeyd olunub ki, muxtar respublikada digər sahələr kimi, turizm sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoymalıdır. Turizmin inkişafı turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət edilməsini, turistlərə heç bir maneə yaradılmamasını da aktuallaşdırır.

Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində keçirilən maarrifləndirici tədbirlərin davamı olaraq aprel ayının 5-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada fəaliyyət göstərən mehmanxana subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov açaraq mehmanxanaların muxtar respublikaya turist cəlbində mühüm rol oynadığını qeyd edib.

Bildirilib ki, bugünkü tədbirin keçirilməsində də məqsəd mehmanxanaların Miqrasiya Xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaratmaq, mehmanxana əməkdaşlarını bu sahədə maarifləndirməkdir.

Görüşdə  Miqrasiya  proseslərinin təhlili və informasiya təminatı şöbəsinin rəisi Aysel Əliyeva iştirakçıları elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən texniki normativ-hüquqi aktlarla tanış edib. O bildirib ki, hazırda ölkəmizdə, eyni zamanda muxtar respublikada turizmin inkişaf etdirilməsi əsas məsələlərdəndir. Bu sahədə Dövlət Miqrasiya Xidməti də fəaliyyətini gücləndirib və turistlərlə işin təşkilinə diqqəti artırıb. Muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Eyni zamanda muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında yaradılmış “Elektron hökumət portalı” üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu var.

Sonra Xidmətin əməkdaşlarından Zakir Məmmədovun və Qiyas Paşayevin çıxışları olub.

Joomla 1.5